İslamda İnsan Hüquqları

Nesimi Furkan Gök

İslam inancına görə insan hüquqları zaman və ya hökumətlərə görə dəyişən qaydalar deyil. Bu hüquqlar Yaradan tərəfindən hər insana doğulduğu andan verilmiş müqəddəs əmanətlərdir. İslam 14 əsr bundan əvvəl bütün insanlığın bərabərliyini və hər bir insanın toxunulmaz hüquqlara sahib olduğunu elan etmişdir.

İslamda hər insan sadəcə “insan” olduğu üçün hörmətə layiqdir. Irq, dil, rəng və ya sosial status üstünlük səbəbi deyil. Əsl üstünlük yalnız əxlaqi fəzilət və Allaha qarşı məsuliyyət şüurunda (təqva)dir.

“Biz Adəm övladını şərəfli etdik…” (İsra surəsi, 70)

“Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq və sizi xalqlar və qəbilələr etdik ki, bir-birinizi tanıyasınız. Allah yanında ən hörmətliniz ən təqvalı olanınızdır…” (Hucurat surəsi, 13)

Həyat Allahın insana verdiyi ən müqəddəs hədiyyədir. Günahsız bir insanın həyatını almaq bütün insanlığı öldürmək kimi dəyərləndirilir.

“…Kim bir nəfəri haqsız yerə öldürərsə, sanki bütün insanları öldürmüş kimidir; kim də bir insanın həyatını xilas edərsə, sanki bütün insanları xilas etmiş kimidir…” (Maidə surəsi, 32)

İslam inanc məsələlərində insanın azad iradəsinə tam hörmət göstərir. Heç kim din qəbul etməyə və ya dinini dəyişməyə məcbur edilə bilməz.

“Dində məcburiyyət yoxdur…” (Bəqərə surəsi, 256)

“Əgər Rəbbin istəsəydi, yer üzündə olanların hamısı iman gətirərdi. Belə isə sən insanları mömin olmağa məcbur edəcəksən?” (Yunus surəsi, 99)

Ədalət İslamın əsas sütunlarından biridir. Hər hansı bir insan və ya toplumla bağlı nifrət belə ədalətdən yayınmağa səbəb ola bilməz. Qanun qarşısında güclü və zəif bərabərdir.

“Ey iman gətirənlər! Allah üçün ədaləti qoruyan şahidlər olun. Bir topluma olan nifrət sizi ədalətsizliyə sürükləməsin. Ədalətli olun…” (Maidə surəsi, 8)

Hər bir insanın halal yolla əldə etdiyi malı, mülkü və əməyi müqəddəs və toxunulmazdır. Heç kəs başqasının malını mənimsəyə və ya əməyini istismar edə bilməz.

“Bir-birinizin mallarını haqsız yerə yeməyin…” (Bəqərə surəsi, 188)

İslamın insan hüquqlarına yanaşması insan ləyaqətini mərkəzə qoyan və onu qorumağı hədəfləyən bir baxışa əsaslanır. Peyğəmbər Məhəmməd (s.ə.s) Vida xütbəsində bu prinsipləri ümumiləşdirərək insanların canı, malı və namusunun toxunulmaz olduğunu bütün dünyaya elan etmişdir. İslam ədalətin və insan ləyaqətinin qorunmasını yalnız hüquqi vəzifə deyil, həm də ibadət sayır.

Related Posts

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?