İslamda Allaha İman

Salih Mirza Aka

Allah Təala aləmlərin Rəbbidir. Həmd və tərif, qüdrət və əzəmət, ucalıq və mükəmməllik Ona məxsusdur. Göylərdə və yerdə olan hər şey Onundur. Rəbbimiz mütləq qüdrətə və sonsuz hikmətə sahibdir. Ölümü və həyatı yaradan, mülkü və məqamı istədiyinə verən, istədiyini ucaldan və istədiyini alçaldan Odur. Yaradan və yaratmağa davam edən Odur. Həyatı bəxş edən, ruzi verən, doyuran və qoruyan yalnız Odur. Həyatın hər anını idarə edən və yönəldən də yalnız Odur.

Allaha iman, İslamın şərəfinə çatmanın ilk şərtidir. Allahın varlığına və birliyinə inanmaq, Onun bənzəri və şəriki olmadığını qəbul etmək, yəni təvhid, imanın əsasını təşkil edir. Bizi yoxdan yaradan və saysız nemətləri ilə yaşadan Rəbbimizin üzərimizdəki ən böyük haqqı Ona iman etməyimizdir.

Allaha iman, Onun göndərdiyi peyğəmbərə itaət etməyi, nazil etdiyi kitaba sarılmağı və müəyyən etdiyi sərhədlərə riayət etməyi tələb edir. Mömin, Allaha imanı yalnız dildə deyilən bir söz kimi görməz. Əksinə, Allaha iman etmək, Quran ayələri və Peyğəmbərimizin hədisləri vasitəsilə Rəbbimizi tanımağı və bu iman doğrultusunda yaşamağı zəruri edir. Allaha iman, möminin həyatına məna qazandırır, düşüncələrinə və qərarlarına istiqamət verir və canlı və ya cansız bütün varlıqlarla olan əlaqələrinə təsir edir. Buna görə də möminin dilindən çıxan və ürəyində kök salan iman, yer üzündə xeyirin təminatıdır.

Allaha iman edən insan, hər işində Rəbbinin rizasını gözdən keçirir. Ailəsinin, qohumlarının, qonşularının və yanında çalışanların hüquqlarını qoruyur. Öhdəsinə götürdüyü hər vəzifəni əmanət şüuru ilə yerinə yetirir. Allaha iman edən insan, xeyir və şərin, zərrə qədər də olsa, mütləq bir qarşılığı olduğunu bilir. Axirəti dünyaya dəyişməz və hesab verə biləcəyi bir həyat yaşayır.

Mənbə: https://www.diyanet.gov.tr/tr-tr/Kurumsal/Detay/25717/cuma-hutbesi-allaha-iman

Related Posts

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?